Sizdə sual yarana bilər ki, mən kouçinqdən necə faydalana bilərəm və konkret olaraq nə əldə edə bilərəm. Ümid edirəm ki, başa çatmış layihələrimizdən aşağıda göstərilən nümunələr bu suala cavab verəcək.

Layihələrdən nümunələr

- Kouçinqin nəticəsi olaraq, sığorta şirkətinin rəhbər şəxslərdən biri onun haqqındakı mənfi rəylərə (feedback) qarşı daha açıq, özünə kənardan baxmağa müvəffəq olub və bunun sayəsində həmkarları ilə münasibətlərini yaxşılaşdırib. Nəticədə bütün şöbənin səmərəliliyi xeyli artıb.

- Kouçinq əczaçılıq şirkətinin marketinq menecerinə şöbəsinin rəhbərinə vaxtın idarə edilməsi və komandada iş bölgüsünə yeni tərzdə yanaşmağa kömək edib. Nəticədə, həmin rəhbər işlərini daha səmərəli bitirməyə nail oldu və son bir neçə il ərzində ilk dəfə məzuniyyət götürə bildi.

- Bankın aparıcı əməkdaşlarından birini idarəçilik vəzifəsinə hazırlayarkən, sual yaranmışdı - insanların idarə olunmasında kifayət qədər təcrübəsi varmı və komandası onun yeni rolunu qəbul edəcəkmi? Liderlik potensialına baxmayaraq, bu əməkdaş əvvəllər çox sayda insana rəhbərlik etməmişdir. Kouçinqin nəticəsi olaraq, o, komanda üzvləri ilə daha yaxından işləməyə başladı, menecer və liderin yeni əldə edilmiş bacarıqlarını tətbiq etdi və ümumilikdə özünə əminliyi əhəmiyyətli dərəcədə artırdı.

- Komandada yaranan çətin münasibətlər nəticəsində şirkətin menecerlərindən biri neqativ emosional dövr yaşayırdı. Kouçinq nəticəsində bu menecer yaranmış vəziyyəti fərqli şəkildə qəbul etməyə başladı, baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürdü və başqaları ilə əlaqələr qurmağa başladı. Bu addımların nəticəsi olaraq, həmin menecer öz emosional vəziyyətini və ümumi etibarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır ki, bu da komandanın idarə edilməsinə müsbət təsir göstərmişdir.