Proqram haqqında

Proqramın məqsədi iddialı insanların daha da uğurlu olmasına, özlərini daha yaxşı başa düşmələrinə və biznesdə daha yüksək səviyyələrə daha da sürətlə hərəkət etmələrinə yardım etməkdir. Proqram sizə Həyat xəritəsi üzərindəki yerinizi təyin etməyə, hara yönəldiyinizi və buna necə nail olacağınızı dəqiq müəyyənləşdırməyə kömək edəcək.

Fərdi kouçinq proqramına qoşulmaq üçün əsas şərt, ilk növbədə özünüzdə dəyişikliklərin baş verməsi üçün səmimi istək və hazırlığın olmasıdır. Bu da bizdən özümüzü kritik qiymətləndirməni və bizi irəliləməyə qoymayan, bəzən də acı olan faktları qəbul etməyimizi tələb edəcək.

Hazırda malik olduğunuz şəxsi keyfiyyətlər və bacarıqlar sizi bu günün uğuruna aparmaq üçün kifayət etdi. Lakin necə düşünürsünüz, yeni bir səviyyəyə çıxmanız üçün onlar kifayətdirmi? Cavabınız “YOX”dursa, onda çox güman ki, indi sizə lazım olan səhifədəsiniz.

Proqramda iştirak etdikdə, biz sizinlə maraqlı bir səfərdə yoldaş oluruq. Bu yolda özünüzə daha da iddialı məqsədlər qoyursunuz və onlara çatmaq üçün bütün resursları səfərbər edirsiniz. Və ən başlıcası - arzu etdiklərinizə nail olmaq üçün özünüzü dəyişdırməyə başlayırsınız. Mən isə kouç kimi, sizə öz unikal həll yolunuzu ən optimal şəkildə inkişaf etdirməyə və həyata keçirməyə kömək edəcəyəm.

Kimin üçün?

Proqram əsasən şirkət rəhbərləri və menecerləri, eləcə də yüksək və orta səviyyəli menecerlər (departament müdirləri və s.) üçün hazırlanmışdır.

Bununla yanaşı, proqram şirkətdə vəzifələrini artırmağı və səlahiyyətlərini genişləndirməyi planlaşdırılan yüksək potensiallı işçilərin inkişafı üçün yaxşı nəticələr verir (successors).

Kouçinq metodologiyası

Kouçinq bir şəxsə və ya şəxslər qrupuna tam potensiallarının reallaşdırılması, ən optimal yolla məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi və əldə edilməsində onlara təqdim edilən dəstək prosesidir.

Kouçinq nəzəriyyəsi insanın çox şeyə qadir olmasını bildirir, və onun bir çox problemlərinin həllinin insanın özünün düşüncəsində olduğunu nəzərdə tutur. Peşəkar kouç onları aşkara çıxarmağa, müsbət enerjiyə çevirməyə və onu konkret problemin həllinə yönəltməyə kömək edir. Təlimçi şəxsə nə etmək lazım olduğunu söyləmir, ancaq özünün şəxsi qərarlarını işləyib hazırlamağa və tətbiq etməyə kömək edir.

Kouçinq prosesində kouç və müştəri arasında peşəkar münasibətlər yaranır ki, bu münasibətlərin də çərçivəsində kouç müştəriyə problemlərə müxtəlif rakurslardan baxmağa, öz konkret məqsədini formalaşdırmağa, fəaliyyət planını işləyib hazırlamağa və planın həyata keçirilməsi üçün elə indi fəaliyyətə başlamağa kömək edir. Kouçinq öz səmərəliliyi və sehirli gücü hesabına müştəriyə nisbətən qısa müddət ərzində əla nəticələr əldə etməyə kömək edir. Çox vaxt bu müştərinin uzun müddət arzuladığı nəticələrin əldə olunmasına gətirib çıxarır.

Səmərəliliyin Yüksəldilməsi Proqramı (biznes-kouçinq) yüksək və orta səviyyəli menecerlər (direktorlar, departament rəhbərləri, təşkilatın aparıcı əməkdaşları) üçün fərdi kouçinq proqramlarının təqdim edilməsinə yönəlmişdir.

Proqram dörd mərhələdən ibarətdir: 1) müştərinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; 2) məqsədlərə nail olmaq sahəsində problemlərin və real şərtlərin təhlili; 3) fəaliyyət planının işlənib hazırlanması; 4) işlənib hazırlanmış planın həyata keçirilməsi prosesi (bu mərhələ həmçinin “iradə mərhələsi” adlanır). Planın həyata keçirilməsi prosesi əldə edilmiş uğurun intensiv təhlili və ehtiyac yarandığı təqdirdə zəruri əlavələrin daxil edilməsi ilə müşayiət edilir.

Proqramın formatı: həftədə bir görüş (hər bir görüşün davan etmə müddəti - 60-90 dəqiqə). Proqramın tövsiyyə edilən minimum davam etmə müddəti üç aydır.

Tələb olunan halda müştərilərin rəyləri mövcuddur.