Müasir biznesdə klassik inzibati idarəetmə üsulları artıq əvvəlki kimi işləmir. Proqressiv şirkətlər işçiləri qərar qəbul etmə prosesinə cəlb etmə və onlara daha çox məsuliyyət vermə modelinə keçirlər. Məhz bu məqsədlə menecementin aləti kimi kouçinqdən istifadə olunur.

Təlimin məqsədi menecerlərin gündəlik iş təcrübələrində kouçinqdən istifadə etməyi öyrətməkdir – həm işçilərin inkişafı həm də səmərəli idarəetmə üçün.

Təlim zamanı iştirakçılar kouç-menecerin əsas bacarıqlarını öyrənəcəklər - işçilərə potensiallarını həyata keçirməyə, peşəkar və şəxsi inkişaf üçün məqsədlər qoymağa, güclü və zəif cəhətlərini daha yaxşı başa düşməyə və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyə kömək edəcəklər. Təcrübə göstərir ki, menecerlərdən kouçinq dəstəyi alan işçilərin səmərəliliyi bir neçə dəfə artır.

Təlimlərin keyfiyyətini artırmaq məqsədi ilə, hər qrupun iştirakçı sayı 5-7 nəfərlə məhdudlaşır. Hər bir iştirakçı qrupda praktika edəcək, işçiləri ilə kouçinq sessiyası keçirəcək, təəssüratlarını həmkarları ilə bölüşəcək və öz kouçinq tərzini inkişaf etdirmək üçün ona lazımi düzəlişlər ediləcək.

Proqram 8 həftə davam edir. Format mümkün qədər interaktivdir və geniş şəkildə praktika əhatə edir. Artıq ilk həftədən sonra iştirakçılar ilk kouçinq sessiyaları keçirmə bacarıqlarına sahib olacaqlar. Sonra isə, mükəməlləşmək üçün heç bir məhdudiyyət yoxdur.

Təlim kimlər üçündür

Kouçinqi idarəetmə vasitəsi kimi və işçilərin inkişafı üçün istifadə etmək istəyən menecerlər və biznes liderləri üçün;

Kouçinqi gündəlik praktikada tətbiq etmək istəyən HR sahəsində çalışan direktor və mütəxəssislər. Bununla yanaşı, öz şirkətlərində kouçinqi iş mədəniyyətin bir hissəsi olaraq təqdim etmək istəyənlər üçün;

Kouçinqi yeni və müasir bir peşə kimi öyrənmək istəyənlər üçün.