Səhifəmə xoş gəldiniz! Mənim adım Camal Şahverdiyevdir və mən, Beynəlxalq Kouçinq Federasiyasında (ICF) akkreditasiya olunmuş, sertifikatlı (PCC) biznes kouçam. Mənim məqsədim və peşəkar yolda olan istəyim ambisiyalı biznes adamları daha uğurlu liderlər və idarəçi olmalarına yardım etmək, özlərini daha yaxşı anlamalarına və necə daha da effektiv ola biləcəklərinə təkan verməkdir. Çox vaxt bu bir o qədər də asan olmur, xüsusilə də mövcud keyfiyyətlərinin yeni zirvələri fəth etmək üçün kifayət olduğuna inanan insanlar üçün. Həqiqətdə isə, bu keyfiyyət və bacarıqlar həmişə kifayət etmir.

Missiyamı yerinə yetirərkən, xidmətim iki istiqamət üzrə ixtisaslaşır:

- Rəhbərlər üçün kouçinq (Executive coaching)

- Menecerlər üçün kouçinq təlimi (Coach training)

Keçmiş peşəkar fəaliyyətimdə, mən, 20 il ərzində müxtəlif təşkilat və layihələrə rəhbərlik etmişəm. 2008-ci ildə təşkilati konsaltinq xidməti gostərən şirkət qurdum. Burada artıq bir neçə ildır ki, Azərbaycanda və ondan kənarda aparıcı şirkətlərə biznes-koçinq xidmətləri müvəffəqiyyətlə təqdim edilir.

Ümidvaram ki, kouçinq özünü yaxşıya doğru dəyişməyin vacibliyini anlayan hər kəsə kömək edə biləcək. Kouçinq mənim həyatımı yaxşıya doğru dəyişdi. Qoy o, sizin də həyatınıza yeni məna qatsın və özünüzü reallaşdırmağa imkan yaratsın!